RU

KƏŞ ölkələri birgə dəmir yolu və logistika layihələrini sürətləndirəcəklər

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Qahirə, 29 aprel, AZƏRTAC

Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələr Hörmüz boğazından keçən gəmilərə hər hansı rüsumun tətbiqini rədd edib və birgə nəqliyyat-loqistika layihələrinin sürətləndirilməsi barədə göstəriş verib.

AZƏRTAC xəbər verir ki, bu mövqe Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən Körfəz Məşvərət Sammitinin 19-cu iclasının qəbul edilən yekun bəyanatında əksini tapıb.

Bəyanatda Hörmüz boğazını bağlamaq və ya gəmiçiliyi məhdudlaşdırmaq istiqamətində addımlar qətiyyətlə pislənilib. Qeyd olunub ki, fevralın 28-də başlayan müharibədən əvvəlki vəziyyətin və sərbəst naviqasiyanın bərpası vacibdir.

Xatırladaq ki, müharibə nəticəsində qlobal enerji təchizatının təxminən beşdə birinin keçdiyi Hörmüz boğazında hərəkət ciddi şəkildə məhdudlaşıb, bu isə bazarlarda qiymət artımı və inflyasiya risklərini gücləndirib. Bəzi Körfəz ölkələri neft hasilatını azaltmağa məcbur olublar.

Eyni zamanda, İranın boğazdan keçən gəmilərə rüsum tətbiq etmək planı region ölkələrinin ciddi etirazı ilə qarşılanıb. Zirvə iştirakçıları, həmçinin nəqliyyat və loqistika sahəsində birgə layihələrin, o cümlədən Körfəz dəmir yolu layihəsinin tikintisinin sürətləndirilməsi, elektrik enerjisi şəbəkələrinin inteqrasiyası, neft və qaz kəmərlərinin, eləcə də su və strateji ehtiyat sistemlərinin yaradılması istiqamətində işlərin genişləndirilməsinin zəruriliyini vurğulayıblar.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
60
2
azertag.az

3Источники