RU

Dələduzun toruna düşən vətəndaş maşınları yandırıb cinayət törətdi VİDEO

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Yerli sakin dələduzların qurbanı olaraq cinayət törədib. Avtosfer.az xəbər verir ki, hadisə Rusiyanın Voronej şəhərində baş verib. Məlumata görə, 36 yaşlı yerli sakinə özünü bank əməkdaşı kimi təqdim edən şəxs zəng edib. Onun 40 min rubl borcu olduğunu, lakin bu borcu ödəməyin "asan" yolunu təklif edərək onun şəhərdə sahibsiz qalan bir avtomobili yandırmalı olduğunu deyib.

Dələduzun sözünə inanan şəxs qeyd olunan ünvana yollanaraq "Ford" markalı avtomobili tapıb və onu yandırıb. Ancaq alov qısa müddətdə böyüyərək ətrafdakı digər avtomobillərə də ciddi ziyan vurub.

Hadisə yerindəki müşahidə kameraları sayəsində hadisəni törədənin şəxsiyyəti qısa zamanda müəyyən edilib. Polis tərəfindən saxlanılan 36 yaşlı kişi törətdiyi əməli etiraf edərək borcdan qurtulmaq istədiyini bildirib.

Hazırda faktla bağlı araşdırma aparılır. İndi onu borcunu bağlamaq əvəzinə həm maddi təzminat, həm də cinayət məsuliyyəti gözləyir.

Namiq Musayev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
50
avtosfer.az

1Источники