Fotoda: Şahin MustafayevŞahin Mustafayevin atası Cucevana Azərbaycan kəndlərinin birindən köçüb və mal-qara saxlamaqla məşğul olub. Şahin Mustafayev 1965-ci ildə Ermənistanda anadan olub. 8-ci sinfə qədər kənd məktəbində oxuyub, 9 və 10-cu sinifləri isə Noyemberyanın 2 nömrəli məktəbində təhsil alıb. Qeyd edək ki, Ermənistanda fəaliyyət göstərən “Civilnet” media qurumu 2014-cü ildə Şahin Mustafayevin Cucevanda yaşadığı dövrlə bağlı “Qızıl medalçı: Şahin Mustafayev” adlı sənədli film hazırlayıb. Filmdə Ş.Mustafayevin təhsili, şəxsi həyatı, hərbi xidmətdə olduğu dövr barədə məlumatlar yer alıb. Qeyd olunub ki, sinifdə yeganə azərbaycanlı şagird olan Şahin Mustafayev orta məktəbi qızıl medalla başa vurmağı bacarıb. Xatırladaq ki, Şahin Mustafayev hazırda Baş nazirinin müavini olmaqla yanaşı, həm də Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə Komissiyanın Azərbaycan tərəfdən sədridir.Nazim Hüseynzadə / Metbuat.az