RU

Bakı və Abşeronda torpaq sahələrinin QİYMƏTLƏRİ SİYAHI

ain.az, Baku.ws portalına istinadən məlumat verir.

"Bakı və Abşeron yarımadasının qəsəbə və kəndlərində də torpaq qiymətlərində artım müşahidə olunur. Hazırda bəzi ərazilərdə bir sot torpağın qiyməti minimum 10–15 min manatdan başlayır və yerləşmədən asılı olaraq 20–25 min manata qədər yüksəlir".

Bunu BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, Saray qəsəbəsində qiymətlər təxminən 20 min manat, Sulutəpədə 20–30 min manat, Xocəsəndə 10–15 min manat təşkil edir:

"Binə qəsəbəsində 15–17 min manat, Ramana ərazisində 8–12 min manat, Zirədə isə 6–10 min manat aralığında dəyişir.

Digər ərazilərdə də oxşar dinamika müşahidə olunur. Məsələn, Digah qəsəbəsində 6–8 min manat, Məhəmmədidə 10–20 min manat, Mehdiabadda 15–25 min manat civarında qiymətlər mövcuddur.

Kənd Əhmədlidə torpaq sahələri daha yüksək – 40–60 min manat aralığında dəyişir. Hövsanda 10–20 min manat, Biləcəridə 20–30 min manat (bəzi yerlərdə 35 min manata qədər), Sumqayıtda 15–40 min manat, Xırdalanda isə 15–30 min manat arasında qiymətlər müşahidə olunur.

Eyni zamanda qeyd etmək lazımdır ki, Bakı şəhərinin Baş Planı 2040 çərçivəsində aparılan abadlıq və yenidənqurma işləri, eləcə də söküntü prosesləri davam etdikcə bu ərazilərdə torpaq qiymətlərinin daha da artacağı gözlənilir. Ümumiyyətlə, torpaq digər daşınmaz əmlak növlərindən fərqli olaraq məhdud və tükənən resurs hesab olunur. Bu səbəbdən, hətta müxtəlif iqtisadi və ya fövqəladə hallarda belə, torpaq qiymətlərinin kəskin ucuzlaşması ehtimalı aşağıdır. Əksinə, uzunmüddətli perspektivdə qiymətlərin artacağı proqnozlaşdırılır".

Orxan Hüseyn

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
47
1
baku.ws

2Источники