Bu fərdi evlər təmir ediləcək. İçərisində yararsız hala düşən əşyalar üçün də maddi yardım ödənəcək.
Xezerxeber.az xəbər verir ki, söhbət Bakının Keşlə qəsəbəsində, Mirzə Ələkbər Sabir və Balarəzi Mirzəyev küçələrində çirkab suların təsirinə məruz qalmış evlərdən gedir. Dövlət başçısı ötən gün bununla bağlı sərəncam imzalayıb.
Sözügedən ünvanda evləri zərər görən sakinlərlə həmsöhbət olduq. Onlar deyirlər ki, ilkin mərhələdə dəyən maddi ziyanın nə qədər olduğunu tam bilməsələr də, belə bir sərəncamın verildiyinə çox sevinirlər.
Sərəncamın icrası Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılıb.
İcra hakimiyyəti bu evlərin təmirbərpasını və yararsız hala düşmüş məişət əşyalarına görə maddi yardımın verilməsini, eləcə də həmin evlərin sakinlərinin 3 aylıq kirayə haqlarının ödənilməsini təmin etməlidir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.