Londonda sinaqoq yaxınlığında terror aktında iki yəhudi ağır yaralanıb.
İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Böyük Britaniyanın paytaxtı Londonun Qolders-Qrin rayonunda yerləşən sinaqoqun yaxınlığında iki ortodoks yəhudi (haredi) bıçaqlı hücuma məruz qalıb.
Bıçaqla xəsarət alan hər iki şəxsin vəziyyətinin ağır olduğu bildirilir. Hadisə anının kameralara düşən görüntüləri yayılıb.
Məlumata görə, terror aktını törədən hücumçu müsəlman miqrantdır.
Maraqlısı budur ki, cinayətkarı Britaniya polisi deyil, yəhudi icmasının “Şomrim” adlı mühafizə təşkilatının könüllüləri zərərsizləşdirərək saxlayıblar.
Xuraman Etibarlı
İnterpress.az