RU

Macarıstanın dondurulmuş milyardları sərbəst buraxılır?

ain.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Macarıstanın gələcək baş naziri Peter Madyar ilə görüşərək, dondurulmuş 17 milyard avro məbləğində maliyyənin sərbəst buraxılması şərtlərini diqqətə çatdırıb.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə AK rəhbəri "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Bu gün Brüsseldə Peter Madyar ilə çox səmərəli müzakirələrimiz oldu. Biz korrupsiya və qanunun aliliyi ilə bağlı narahatlıqlar səbəbindən bloklanan Aİ fondlarının Macarıstan üçün yenidən açılması istiqamətində atılmalı olan addımları müzakirə etdik", — deyə fon der Lyayen bildirib. O, Brüsselin bu məsələ ilə bağlı Budapeştlə sıx əməkdaşlıq edəcəyini vurğulayıb.

Xatırladaq ki, daha əvvəl Avropa Komissiyası Macarıstan üçün nəzərdə tutulmuş 17 milyard avronun dondurulduğunu açıqlamışdı. Bu vəsaitlər Aİ-nin Regionların İnkişafı Fondu (Həmrəylik Fondu) və pandemiyadan sonrakı Bərpa Fondu çərçivəsində ayrılmalı idi.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
25
1
redaktor.az

2Источники