RU

“Səhhətim ürəkaçan deyil, dərmanlarım bahadır”

ain.az, Axsham.az portalına istinadən məlumat yayır.

“Səhhətim heç ürəkaçan deyil. Əvvəlki kimi gücüm, qüvvətim yoxdur. Müalicəm hələ də davam edir. Düz bir il yarımdır ki, xəstəlikdən əziyyət çəkirəm”.

Axşam.az xəbər verir ki, bunu yenisabah.az-a Xalq artisti Fatma Mahmudova deyib. O, səhhəti və müalicə prosesi ilə bağlı Heydər Əliyev Fonduna müraciət edəcəyini bildirib:

“Dərmanlarım çox bahadır. Heç bir köməyim yoxdur. Aldığım maaş və təqaüdlə dolanıram. Çox şükür edirəm ki, iki balam yanımdadır. Yaxşı dost-tanışlarım yanımdadır. Dost-tanış da nə qədər gəlsin yanıma? Hamının işi-gücü var. Heç kəsdən incimirəm. Dövlətim yanımdadır. Allah Ulu Öndərə rəhmət etsin.

Gərək nə qədər qazanasan ki, bu vəziyyətdən çıxa biləsən. Heç nəyi çatdırmaq olmur. Bunun yeməyi, içməyi, həkimi, müalicəsi var. Dərmanlar da od qiymətinədir. Ala bildinsə, yaşayırsan, yoxsa ölürsən.

Heydər Əliyev Fonduna müraciət etmək fikrim var. Ümid edirəm ki, mənə dəstək olarlar. 57 ildir səhnədəyəm. Milli orduda, Daxili Qoşunların səngərlərində xidmətlərim olub. Ümid edirəm ki, bütün bunlar nəzərə alınacaq”.

Qeyd edək ki, Fatma Mahmudova ötən ilin yanvarında insult keçirmişdi. O, “İstanbul NS” klinikasının reanimasiya şöbəsinə yerləşdirilmişdi. May ayında isə sənətçinin qolu sınmışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
42
5
axsam.az

10Источники