RU

Rusiya mayın 9 u Ukraynaya atəşkəs təklif edə bilər

Modern.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Rusiya Prezidenti Vladimir Putin 9 May Qələbə Gününə qədər atəşkəs elan etməyə hazırdır.

Modern.az xəbər verir ki, bunu Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, Putin bu barədə ABŞ Pezidenti Donald Trampı telefon danışığı zamanı məlumatlandırıb.

Uşakov Trampın Putinin atəşkəs təklifini dəstəklədiyini söyləyib.

"Rusiya prezidenti bildirib ki, 2025-ci ilin əvvəlindən bəri Rusiya Ukraynaya 20 mindən çox meyit təhvil verib və Ukraynadan 500-dən bir qədər çox meyit təhvil alıb. Putin Ukraynada danışıqlar yolu ilə həll üçün Zelenskinin əvvəllər müəyyən edilmiş təkliflərə müsbət cavab verməli olduğunu söyləyib. Putin Trampa Rusiya qoşunlarının xüsusi hərbi əməliyyat zonasındakı vəziyyət barədə məlumat verib. Rusiya Prezidenti bundan başqa Trampa xüsusi hərbi əməliyyatın məqsədlərinə nail olunacağını və Rusiyanın bunu danışıqlar yolu ilə etməyi üstün tutduğunu söyləyib", - Kreml rəsmisi qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
25
9
modern.az

10Источники