İranda dolların dəyəri tarixin ən yüksək səviyyəsinə çatıb.
NOCOMMENT.az xəbər verir ki, 1 dollar 176000 riala ticarət edilib. Beləliklə, yerli valyuta azad bazarda rekord devalvasiya yaşayıb. Məlumata görə, ABŞ–İsrail hücumları başlamazdan əvvəl bir dollar 160000 rial səviyyəsində ticarət olunub.
Xəbərdə deyilir ki, İranın milli valyutasının dəyər itkisi müharibənin iqtisadi yükü və ABŞ-nin ağır sanksiyaları ilə daha da ağırlaşaraq ciddi miqyaslara çatıb./Metbuat.az/