RU

Azərbaycanda V-VII əsrlərə aid Alban məbədi olduğu ehtimal olunan abidə tapılıb

Balakəndə V-VII əsrlərə aid Alban məbədi olduğu ehtimal olunan tarixi abidə tapılıb.

 

Bu barədə AMEA-nın Şəki Regional Elmi Mərkəzinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli məlumat verib.

 

A. Məmmədlinin verdiyi məlumata əsasən yeni kəşf olunan qədim tarixi abidə rayonun Mahmalar kəndi ərazisində, kənd sakinlərindən birinin fındıq bağında kolluq ərazidə elə tarixçi alimin özü tərəfindən tapılıb.

 

O, bu günədək qeydə alınmayan abidənin V-VII əsrlərə aid Alban məbədi olduğunu ehtimal edir.

 

Digər Alban məbədləri kimi, yeni tapılan tarixi abidə də düzbucaqlı formadadır. Düzbucaqlı bir nefli məbədin mehrab hissəsi salamat olsa da, giriş və ön hissəsi dağılıb.

 

APA

Tarix: 29 Aprel 2026, 22:45   
Избранный
51
9
pravda.az

10Источники