RU

İranla müharibə ABŞ-yə 25 milyard dollara başa gəlib - Pentaqon

İrana qarşı hərbi əməliyyat ABŞ-yə bu günə qədər 25 milyard dollara başa gəlib.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Pentaqon rəhbərinin maliyyə məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Culs Hörst Nümayəndələr Palatasındakı dinləmələrdə bildirib.

Onun sözlərinə görə, bu vəsaitlərin böyük hissəsi döyüş sursatlarına yönəldilib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail bir sıra şəhərlərə aviazərbələr endirərək İrana qarşı hərbi əməliyyata başlayıb. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib, ABŞ-nin Fars körfəzi ölkələrindəki hərbi bazalarına hücum edib.

2026-cı il aprelin 8-nə keçən gecə İran, ABŞ və onların müttəfiqləri ikihəftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar keçirilib. Uzun çəkən müzakirələrdən sonra tərəflər görüşü razılıq əldə etmədən başa çatdırıblar.

Tehrana təzyiq vasitəsi kimi ABŞ İran limanlarının və Hörmüz boğazından keçidin blokadaya alındığını elan edib. İran bildirib ki, Hörmüz Fars körfəzi ölkələrinə gedən gəmilər üçün artıq bağlanıb. Regiondakı vəziyyət dünya enerji böhranına səbəb olub.

Избранный
27
3
missiya.az

4Источники