Luçano Spalletti “Yuventus”un hücumunda Duşan Vlahoviç və Randal Kolo-Muani tandemini istəyir.
İdmanxeber.az-ın məlumatına görə, fransalı forvardın transferi mümkündür və qiyməti 30 milyon avro civarındadır.
PSJ Qonsalu Ramuş barədə maraqlansa da, “Yuventus” Kolo-Muaniyə üstünlük verir.
Kolo-Muani ötən mövsüm “Yuventus”da 16 oyunda 8 qol vurub, hazırda isə “Tottenhem”də çıxış edir.