İran ABŞ tərəfindən saxlanıldığı bildirilən “Tuska” konteyner gəmisinin ekipaj üzvlərindən 6 nəfərin azad edildiyini açıqlayıb. “Tasnim” agentliyinin məlumatına görə, bir müddət əvvəl ABŞ tərəfi İrana doğru hərəkət edən “Tuska” adlı konteyner gəmisini saxlayıb. Gəmidə 28 iranlı ekipaj üzvünün olduğu bildirilir.
İran tərəfi ekipaj üzvlərinin və ailələrinin gəmidə olması səbəbindən bu mərhələdə hərbi müdaxilədən çəkinildiyini, onların azad edilməsi üçün rəsmi kanallarla danışıqların davam etdirildiyini bəyan edib.
Mətləb