Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Kardioloq Camal Rana az miqdarda, lakin mütəmadi spirtli içki qəbulunun ürək-damar sistemi üçün ciddi fəsadlar törədə biləcəyini açıqlayıb. Araşdırmalar göstərir ki, həftəlik səkkiz porsiyadan çox spirtli içki qəbul edən qadınlarda ürək xəstəliklərinə tutulma riski digərləri ilə müqayisədə 50 faiz daha yüksəkdir.Xüsusilə orta yaşlı qadınların bu təhlükəyə qarşı daha həssas olduğu müəyyən edilib. Həkimin sözlərinə görə, spirtli içki qan təzyiqini yüksəldir və orqanizmdə iltihablı proseslərə yol açır. Bu da zaman keçdikcə damarların işini pisləşdirərək ürəyə düşən yükü artırır. Hətta "mülayim" hesab olunan dozalar belə orqanizmdə geri dönməz fəsadlar yarada bilər.Mütəxəssislər qeyd edir ki, spirtli içkiyə meyilli olan qadınlarda ürək problemləri riski 68 faizə qədər yüksəlir. Əvvəllər bu riskin yalnız yaşlı qrupda yüksək olduğu düşünülsə də, son tədqiqatlar gənc və orta yaşlı qadınların da ciddi təhlükə altında olduğunu sübut edir.İsmayıl
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.