RU

Uruqvayın xarici əlaqələr nazirinin müavini ilə görüşdə Azərbaycanın nəqliyyat-logistika potensialı nəzərdən keçirilib

Bakı, 30 aprel, AZƏRTAC

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Uruqvayın xarici əlaqələr nazirinin müavini Valeriya Çukasi ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, ölkəmizin səmərəli sərmayə mühiti, strateji coğrafi mövqeyi, nəqliyyat-logistika potensialı diqqətə çatdırılıb.

İki ölkə arasında işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsinin, eyni zamanda, rəqəmsal iqtisadiyyatın inkişafı, texnologiya transferi və data mərkəzləri sahələrində tərəfdaşlığın əhəmiyyəti vurğulanıb.

Görüşdə qarşılıqlı ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi və mövcud imkanlardan səmərəli istifadə edilməsi barədə müzakirələr aparılıb. İki ölkə arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması sahəsində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

Избранный
61
3
azertag.az

8Источники