RU

Londonda bıçaqlı hücum

525.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Londonun Barnet bölgəsində bıçaqlı hücum olub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə London polisi məlumat yayıb.

Bildirilib ki, polis yerli vaxtla saat 11:00 radələrində Barnet bölgəsindəki Hayfild küçəsində bıçaqlı hücum barədə məlumat alıb. Dərhal hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları göndərilib. Şübhəli polis əməkdaşlarına hücum etməyə cəhd etsə də, onu nəzarətə götürmək mümkün olub.

Bıçaqlı hücumda iki nəfər yaralanıb. Yaralılara hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra onlar xəstəxanaya aparılıblar.

Adı açıqlanmayan 45 yaşlı kişi “qəsdən adam öldürməyə cəhd”də şübhəli bilinərək həbs edib.

Hadisə ilə bağlı istintaqa Terrorla Mübarizə Polisi rəhbərlik edir.

İbrahim Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
75
525.az

1Источники