RU

Putinlə Tramp arasında telefon danışığı olub –1,5 SAATLIQ KRİTİK SÖHBƏT...

Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

 

Senzor.az bildirir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

 

Onun sözlərinə görə, telefon danışığı 1,5 saatdan çox davam edib.

 

Uşakov bildirib ki, Putin Trampa 9 May Paradı üçün atəşkəs elan etməyə hazır olduğunu söyləyib. O, Trampın bunu dəstəklədiyini deyib.

 

Kreml rəsmisi Putinin sui-qəsd cəhdi ilə bağlı Trampa dəstək ifadə etdiyini və cinayəti qəti şəkildə pislədiyini vurğulayıb.

 

Uşakovun sözlərinə görə, Tramp Putinə Ukrayna münaqişəsinin həlli ilə bağlı razılaşmaya artıq yaxın olduğunu deyib.

 

Xatırladaq ki, Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Tramp arasında baş tutan bu telefon danışığı Trampın 2025-ci ilin əvvəlində Ağ Evə qayıdışından sonra sayca 12-ci olub. Liderlərin əvvəlki telefon danışığı martın 9-da keçirilib.


Избранный
64
39
senzor.az

10Источники