Gəncədə məktəblilər arasında bıçaqlanma hadisəsi baş verib.
Doğru.az xəbər verir ki, hadisə 9 nömrəli tam orta məktəbdə qeydə alınıb.
Belə ki, iki məktəbli arasında yaranan mübahisə zamanı bir nəfər kəsici alətlə xəsarət alıb.
Məktəbin 9-cu sinif şagirdi, 2011-ci il təvəllüdlü A.S (ad şərtidir) kəsici-deşici alətlə yetirilən xəsarətlə xəstəxanaya yerləşdirilib.
Yaralıya dərhal ilkin tibbi yardım göstərilib, vəziyyətinin stabil olduğu bildirilir.
İlkin məlumata görə, yeniyetməyə xəsarəti həmin məktəbdə təhsil alan 8-ci sinif şagirdi yetirib.
Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma başlanılıb. //Qafqazinfo
DOĞRU.AZ