RU

“Airbus”un gəlirləri artdı, səhmləri bahalaşdı

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Airbus” şirkətinin birinci rübdə dövriyyəsi proqnozu üstələyib. Şirkət 12,4 milyard avro vəsait gözlədiyi halda, göstərici 12,65 milyard olub. Avtosfer.az xəbər verir ki, müdafiə və kosmos sənayesi sahəsində gəlirlər illik əsasda 7 faiz artaraq 2,9 milyard avroya çatıb. Ümumi dövriyyənin artmasına rəğmən mülki aviasiya sektorunda gəlirlər 11 faiz azalaraq 8,4 milyard avroya enib.

Səbəb hava gəmilərinin müştərilərə çatdırılmasınada ləngimələr və dolların dəyərdən düşməsidir. Hesabat dövründə müştərilərə 114 mülki layner təhvil verilib. 

Məlumat ictimailəşdikdən sonra şirkətin Paris birjasındakı səhmləri 2 faiz bahalaşaraq 170 dollara çatıb.

Vüqar

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
57
avtosfer.az

1Источники