RU

Böhran dərinləşir: Livanda 1,2 milyon insan ərzaq çatışmazlığı ilə üz-üzə...

Yaxın Şərqdə gərginliyin artması fonunda Livanda humanitar vəziyyət kritik həddə çatıb.

Bakıvaxtı.az “LeMonde.fr”ə istinadən xəbər verir ki, İsrail ilə Hizbullah arasında davam edən silahlı qarşıdurma nəticəsində ölkədə təxminən 1,2 milyon insan kəskin ərzaq çatışmazlığı təhlükəsi ilə üzləşib. Məlumata görə, intensiv bombardmanlar və sərhəd bölgələrində baş verən döyüşlər minlərlə insanın öz evlərini tərk etməsinə səbəb olub. Məcburi köçkünlərin sayının artması isə humanitar vəziyyəti daha da ağırlaşdırır. Eyni zamanda, nəqliyyat yollarının sıradan çıxması və bazarların fəaliyyətində yaranan fasilələr ərzaq təchizatında ciddi problemlər yaradır.

İqtisadi böhranla mübarizə aparan Livanda ərzaq qiymətləri sürətlə bahalaşır, bu da əhalinin sosial vəziyyətinə mənfi təsir göstərir. Xüsusilə aztəminatlı ailələr gündəlik qida ehtiyaclarını qarşılamaqda ciddi çətinlik çəkir.

Beynəlxalq humanitar təşkilatlar vəziyyətin daha da pisləşə biləcəyi barədə xəbərdarlıq edir və təcili yardımın artırılmasına çağırır. Ekspertlərin fikrincə, münaqişə davam edərsə, Livanda humanitar böhran daha geniş miqyas ala bilər.

Qeyd edək ki, regionda artan gərginlik yalnız Livana deyil, ümumilikdə Yaxın Şərqin təhlükəsizliyinə ciddi təsir göstərməkdədir.

Aydın

Избранный
22
1
bakivaxti.az

2Источники