Londonun ICE birjasında "Brent" markalı neftin qiyməti 2022-ci il iyunun 17-dən bəri ilk dəfə olaraq bir barel üçün 120 dolları ötüb.
"Cebheinfo.az" xəbər verir ki, bunu birja məlumatları sübut edir.
Bakı vaxtı ilə saat 23:32-yə olan məlumata görə, "Brent"in dəyəri 7,88 % artaraq bir barel üçün 120,03 dollara çatıb.
Saat 23:37-də "Brent"in artımı yavaşlayıb və bir barel üçün 119,95 dollar səviyyəsində ticarət olunub (+7,81 %). Eyni zamanda, 2026-cı ilin iyun ayında çatdırılması nəzərdə tutulan WTI markalı neftin fyuçersinin dəyəri 8,15 % artaraq bir barel üçün 108,07 dollara çatıb.
Ötən həftə Yaxın Şərqdə eskalasiyanın davam etməsi səbəbindən "Brent" markalı neftin bir bareli 105 dollara qədər bahalaşıb. Birləşmiş Ərəb Əmirliklərinin mayın 1-dən OPEC və "OPEC+" sazişindən çıxacağını elan etdikdən sonra neftin qiymətləri enməyə başlayıb. Beynəlxalq ekspertlərin fikrincə, bu, digər OPEC üzvlərini də birlikdən çıxmağa sövq edə və neft qiymətlərinin aşağı düşməsinə səbəb ola bilər.
"Cebheinfo.az"