Xəzər dənizində zəlzələ baş verib.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat verib.
Məlumata görə, yerli vaxtla saat 03:09-da qeydə alınan zəlzələnin maqnitudası 3,4 olub.
Zəlzələnin ocağı 20 kilometr dərinlikdə yerləşib.