RU

“Qarabağ Taxıl” şirkətinin nizamnamə kapitalı 1,4 milyon manat azaldılıb

“Qarabağ Taxıl” MMC bildirir ki, Cəmiyyətin nizamnamə kapitalı 1 milyon 414 min manat məbləğində azaldılaraq 3 milyon 638 min 442 manat müəyyən edilib.

Bu barədə “Qarabağ Taxıl” MMC-nin bütün debitor və kreditorları məlumatlandırılır.

Şirkət 5 milyon 52 min 442 manat nizamnamə kapitalına malik idi. 

Azərbaycan Respublikası qanunvericiliyinə əsasən, kreditorlar nizamnamə kapitalı azaldılan hüquqi şəxsin öhdəliklərinin xitam verilməsini, vaxtından əvvəl icrasını və dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdirlər. 

Qeyd edək ki, “Qarabağ Taxıl” MMC-nin direktoru Baloğlanov Vüqar Samir oğludur.

 

Избранный
70
marja.az

1Источники