RU

Tehranda PARTLAYIŞLAR: Raket sistemləri işə düşdü, Pezeşkian hərəkətə keçdi – TV Musavat 

İran prezidenti Məsud Pezeşkian müharibədən zərər çəkmiş bölgələrdə yenidənqurma işlərinin sürətləndirilməsinə çağırıb.

Musavat.com xəbər verir ki, dövlət televiziyasının yaydığı məlumata görə, dövlət başçısı qubernatorlardan bərpa işlərini sürətləndirmək üçün onlara verilən səlahiyyətlərdən tam istifadə etmələrini tələb edib.

Məlumata görə, Pezeşkian bərpa prosesini təhlil etmək məqsədilə Hörmüzqan, Buşəhr, İsfahan və Qum vilayətlərinin qubernatorları ilə ayrı-ayrılıqda danışıqlar aparıb.

Prezident dövlət resurslarının səfərbər olunması, inzibati maneələrin aradan qaldırılması və zərərçəkənlər üçün ünvanlı dəstək paketlərinin tətbiqi ilə bağlı tapşırıqlarını verib.

İranın paytaxtı Tehranda bir neçə partlayış səsi eşidilib. Bu barədə “Iran International” məlumat yayıb. Mənbə bildirib ki, bundan sonra hava hücumundan müdafiə sistemləri işə salınıb.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTKOM) Hörmüz boğazında tətbiq edilən blokadanın davam etdirildiyini açıqlayıb. CENTKOM-un rəhbəri, admiral Bred Kuper bildirib ki, ABŞ qüvvələri blokadanın tam icrasını təmin etməkdə qətiyyətlidir.
Onun sözlərinə görə, tətbiq olunan tədbirlər yüksək effektivlik göstərir. Kuper qeyd edib ki, aprelin 29-da ABŞ hərbçiləri Hörmüz boğazını keçməyə cəhd edən 42-ci gəmini geri qaytarıb.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi siyasi ekspert Vaqif Hüseynlə müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

Избранный
57
musavat.com

1Источники