RU

“1 milyon hektara yaxın torpaq şoranlaşma altındadır” Komitə sədrindən XƏBƏRDARLIQ

ain.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Torpaqların şoranlaşması bu gün hər birimizi narahat edir və sözsüz ki, bundan sahibkarlar ciddi ziyan görürlər. Bu şorlaşma bir çox amillərlə, iqlim şəraitinin dəyişməsi, bəzi hallarda yağıntının çox olması və yaxud havaların quraq keçməsi, torpaqlara düzgün yanaşmanın olmaması, vaxtında əkilib becərilməməsi və normal suvarılmaması ilə əlaqədardır".

Bu fikirləri Redaktor.az-a Azərbaycanda şoranlaşmış torpaqlardan danışan Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirdi. O əlavə etdi ki, belə torpaqlardan yüksək məhsul götürmək mümkün deyil:

"Artıq ölkədə statistik məlumatlara görə 1 milyon hektara yaxın ərazi şorlaşma altındadır və bu da ciddi narahatlıq doğurur. Bu istiqamətdə müəyyən işlər görülür. İlk növbədə torpaqları münbitləşdirmək və əkin dövriyyəsinə daxil etmək üçün həmin sahələrə müəyyən qaydada üzvi və mineral gübrələr verilməli, torpaq çevrilməli, ərazidə dren-kollektor və drenaj xətləri, həmçinin yardımçı kanallar çəkilməlidir. Bu tədbirlər həyata keçirilərsə, şoranlaşmanın qarşısını almaq mümkündür" - deyən deputatın fikrincə, bu tədbirlər mütləq aqrotexniki qaydada aparılmalı və elmi əsaslara söykənməlidir:

"Bəziləri belə zənn edirlər ki, torpağa çox su verməklə və ya onu həddindən artıq suvarmaqla yüksək məhsul əldə etmək olar. Əslində isə suyun torpaqda çox qalması birbaşa şoranlaşmaya səbəb olur. Digər tərəfdən torpaqların uzun müddət əkilib becərilməməsi də şoranlaşmaya zəmin yaradır. Bu elə bir prosesdir ki, mütləq elmi əsaslarla həyata keçirilməli və həmin torpaqlar yenidən əkin dövriyyəsinə qaytarılmalıdır. Xüsusilə şoranlaşma hallarına Şirvan iqtisadi rayonlarında rast gəlinir. Ucar, Kürdəmir, Zərdab və Hacıqabul rayonlarında şorlaşmaya məruz qalan torpaqlar çoxdur. Son dövrlərdə aparılan bir sıra tədbirlər nəticəsində müəyyən faiz torpaqların şoranlaşmadan azad olunmasına nail olunub. Həm dövlət, həm də sahibkarlar bu sahədə maraqlı olmalıdırlar. Çünki belə torpaqlarda yüksək məhsul əldə etmək mümkün deyil və çəkilən xərc də öz bəhrəsini verə bilməz".

NURİYYƏ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
25
1
redaktor.az

2Источники