RU

“Vens bununla ruslara kömək edir” Zelenskidən ABŞ vitse prezidentinə sərt cavab

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

Bir neçə gün əvvəl ABŞ vitse-prezidenti C.D.Vens Vaşinqtonun Ukraynaya birbaşa hərbi yardım göstərməkdən imtina etməsini özünün böyük uğuru kimi qeyd edib. O deyib ki, ABŞ-nin Ukraynaya hərbi yardımı dayandırmasına nail olması ilə “qürur duyur”.

“AzPolitika” xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ media orqanı olan “Newsmax”-a verdiyi müsahibədə Vensin bu fikrinə kəskin reaksiya verib.

O deyib ki, ABŞ Ukraynaya dəstəyi kəsməyin yollarını axtarmaqdansa, iki ölkənin bir-birini gücləndirməsinin yollarını axtarmaq daha doğru olar.

Zelenski Vensə cavabında deyib: "Əgər C.D. Vens bizə kömək etməməsilə fəxr edirsə, deməli, o, ruslara kömək edir. Bəlkə də vitse-prezident demək istəyirdi ki, ABŞ bizə silahla kömək etməsə, sülhü daha da yaxınlaşdıracaq. Amma bu, Rusiyaya yaramır. Rusiya zəifliyə hörmət etmir və heç kim bizə kömək etməsə, əlbəttə ki, özümüzü daha zəif vəziyyətdə görəcəyik. Amma mən yenə də əminəm ki, ABŞ Ukrayna üçün gözəl tərəfdaşdır".

Zelenski Rusiyanın ABŞ-nin düşməni olaraq qaldığını və güclü mövqedə olmadığını vurğulayıb: "Onlar qalib gəlmirlər. Son 9-10 ayda biz ən yaxşı vəziyyətdəyik, amma buna baxmayaraq, müharibə dayandırılmalıdır".

O, həmçinin Ukraynanın Yaxın Şərqdəki vəziyyətlə bağlı tərəfdaşlarından Rusiyanın enerji infrastrukturuna zərbə endirməmək siqnalları aldığını, lakin bunu rədd etdiyini bildirib: "Biz cavab verəcəyik".

Bununla yanaşı, Zelenski qeyd edib ki, Kiyev qarşılıqlı enerji atəşkəsi ideyasını müzakirə etməyə hazırdır.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
37
azpolitika.info

1Источники