RU

Məşhur müğənni özündən 33 yaş kiçik qadınla eşq yaşayır

Məşhur müğənni özündən 33 yaş kiçik qadınla eşq yaşayırDünyaca məşhur Red Hot Chili Peppers qrupunun solisti Anthony Kiedis bu dəfə musiqisi ilə deyil, şəxsi həyatı ilə gündəmə gəlib.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, 63 yaşlı rok ulduzunun özündən 33 yaş kiçik yazıçı və podkast aparıcısı Eileen Kelly ilə münasibəti sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

30 yaşlı Kelly Vogue jurnalında yazdığı məqalədə yaş fərqi ilə bağlı tənqidlərə cavab verib. O bildirib ki, yaşca böyük biri ilə münasibətin əsas üstünlüyü qarşı tərəfin daha yetkin, həyatını qaydaya salmış və nə istədiyini bilən biri olmasıdır. Kelly münasibətlərdə yaş fərqinə dair stereotiplərin artıq köhnəldiyini vurğulayıb.

Cütlüyün tanışlıq hekayəsi də diqqət çəkib. Onlar ad günü məclisində tanış olublar və söhbət zamanı Kelly-nin səfər etdiyi Hawaii adalarında Kiedisə məxsus mülk olduğu məlum olub. Bu təsadüf münasibətin başlanğıcı sayılır.

Onların münasibəti ilk dəfə 2025-ci ilin iyununda gündəmə gəlib, noyabr ayında isə birlikdə görüntülənərək rəsmiləşib. Sosial mediada münasibət birmənalı qarşılanmasa da, Kelly paylaşdığı fotolarla xoşbəxt olduğunu göstərib.

Anthony Kiedis isə uzun illərdir alkoqol və narkotikdən uzaq həyat sürdüyünü, həyatındakı ən böyük motivasiya mənbəyinin oğlu Everly Bear olduğunu bildirib.

Избранный
68
sonxeber.az

1Источники