RU

Parad üçün atəşkəs? Zelenski Putinin təklifinə cavab verdi

ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Ukrayna Prezidenti Volodimir Zelenski Vladimir Putinin 9 may “Qələbə Günü” ilə bağlı atəşkəs təklifinə münasibət bildirib. 

“AzPolitika” xəbər verir ki, Ukrayna mediasının yazdığına görə, Zelenski yalnız Moskvada parad keçirilməsini təmin etmək xatirinə qısa müddətli atəşkəs ideyasının əleyhinədir.

Zelenski qeyd edib ki, öz əməkdaşlarına ABŞ Prezidenti Donald Trampın komandası ilə əlaqə saxlamağı və Rusiya təklifinin təfərrüatlarını aydınlaşdırmağı tapşırıb.

Prezident vurğulayıb ki, "Dəqiq nəyin müzakirə olunduğunu müəyyən edəcəyik: Moskvada parad üçün bir neçə saatlıq təhlükəsizliyi təmin etmək, yoxsa daha çox şey".

O, Ukraynanın sülhə can atdığını və bu müharibəyə həqiqətən son qoymaq üçün lazımi diplomatik işlər gördüyünü vurğulayıb.

"Təklifimiz insanlar üçün etibarlı təhlükəsizlik və davamlı sülh təmin edən uzunmüddətli atəşkəsdir", - deyən Zelenski Ukraynanın bu məqsədə istənilən ləyaqətli və effektiv formatda çatmağa hazır olduğunu əlavə edib.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
52
1
azpolitika.info

2Источники