RU

Sızma Azərbaycandan yox, Ermənistandan olub Baş nazir

Modern.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin İrəvana səfərinin son ana qədər açıqlanmamasının səbəblərini izah edib.

Modern.az xəbər verir ki, Paşinyan jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, bu cür səfərlərlə bağlı müəyyən məxfilik qaydaları mövcuddur və bu, təhlükəsizlik də daxil olmaqla müxtəlif amillərlə bağlıdır.

Onun sözlərinə görə, Azərbaycan tərəfinin səfərlərində də eyni qaydalar tətbiq olunur, lakin informasiya sızmasının tam qarşısını almaq mümkün deyil:“Azərbaycanda bu sızma olmayıb, Ermənistanda isə olub. Bu, təşkilati məsələlər, o cümlədən tədbirlərin planlaşdırılması və məlumatların yayılma vaxtı ilə bağlıdır. Səfərin guya ictimaiyyətdən gizlədilməsi barədə iddialar isə əsassızdır”.

Paşinyan qeyd edib ki, iki ölkənin Baş nazir müavinlərinin qarşılıqlı səfərləri sülh prosesinin institusionallaşması baxımından mühüm və tarixi hadisədir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
49
modern.az

1Источники