RU

Tacikistan və Avstriya XİN başçıları regional vəziyyəti müzakirə etdilər

BAKI, 30 aprel. TELEQRAF

Aprelin 30-da Tacikistanın xarici işlər naziri Sirojiddin Muhriddin ilə Avstriyanın federal Avropa və beynəlxalq işlər naziri Beate Maynl-Rayzinger arasında telefon danışığı olub.

Teleqraf xəbər verir ki, bu barədə Tacikistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Söhbət zamanı nazirlər Tacikistan və Avstriya arasında qarşılıqlı maraq doğuran sahələr üzrə faydalı əməkdaşlığın genişləndirilməsi və inkişafı məsələlərini nəzərdən keçiriblər.

Tərəflər həmçinin beynəlxalq təşkilatlar çərçivəsində tərəfdaşlıq və regiondakı mövcud vəziyyət barədə fikir mübadiləsi aparıblar.

Избранный
50
teleqraf.com

1Источники