RU

Qocalmanı ləngidən içki -Dietoloqdan AÇIQLAMA

Dietoloq Val Warner bildirib ki, matça içkisi oksidləşdirici streslə mübarizədə faydalıdır və hüceyrə qocalmasını ləngitməyə kömək edə bilər.

Redaktor.az xəbər verir ki, həkim “Eating Well”ə verdiyi müsahibədə bu haqda danışıb.

Onun sözlərinə görə, matçada güclü antioksidantlar var və bu maddələr orqanizmdə iltihabı azalda bilər. Warner qeyd edib ki, matça yaşıl çaya nisbətən daha zəngin tərkibə malikdir.

O həmçinin deyib ki, bu içki bağırsaq sağlamlığını dəstəkləyən komponentlər ehtiva edir və həzmi yaxşılaşdırmağa kömək edə bilər. Matçada həm kofein, həm də lteanin adlı maddə var. Bu birləşmə insana sakit, eyni zamanda fokuslanmış enerji verir və qəhvədəki kimi əsəbilik yaratmır. Warner yekunda bildirib ki, matça diqqəti, zehni aydınlığı və ümumi idrak funksiyalarını dəstəkləyə bilər.

Aytəkin TOFİQQIZI

Избранный
39
1
redaktor.az

2Источники