RU

Türkiyəyə qarşı bu iradəni Sarkozi məhv etdi - Fidan

Geosiyasi hadisələr elə inkişaf edir ki, AB ilə münasibətlərimizin təbiətindən asılı olmayaraq birlikdə işləməyə məcburuq.

Aktual.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

"Rusiya-Ukrayna böhranı, Yaxın Şərqdəki böhran, Hörmüz boğazı, bölgəmizdəki hadisələr, Balkanlarda sabitliyin qorunması, ticarət və müdafiə. Türkiyənin təklif edə biləcəyi bu geostrateji, geosiyasi və geoiqtisadi üstünlükləri nəzərə alsaq, niyə AB-yə üzv olmur? Problem ondadır ki, üzvlük şərtləri yerinə yetirildikdən sonra AB-də Türkiyəni qəbul etmək üçün siyasi iradə yoxdur. Türkiyəni qəbul etmək üçün siyasi iradə əvvəllər Almaniyanın keçmiş kansleri Şröder və Fransanın keçmiş prezidenti Şirak tərəfindən nümayiş etdirilsə də, 2007-ci ildə Fransanın keçmiş prezidenti Sarkozi tərəfindən məhv edildi”, - o bildirib.

Избранный
48
1
ulusum.az

2Источники