RU

İsraildən Qəzzaya yardım aparan “Sumud donanması”na müdaxilə - 21 qayıq və göyərtəsindəki fəallar saxlandı…



İsrail donanması Qəzzaya humanitar yardım çatdırmaq üçün gedən Qlobal Donanmaya Yunanıstan ərazi sularından bir neçə mil aralıda beynəlxalq sularda Krit sahillərində müdaxilə edib.

Məlumatlara görə, İsrailin “Sumud donanması”na müdaxiləsi zamanı 21 qayığı və göyərtəsində olan fəalları saxlayıb. Bildirilir ki, müdaxilədən yayınan qayıqlardan 17-si Yunanıstan ərazi sularına daxil olub, 14 qayıq isə hələ də Yunanıstan ərazi sularına doğru üzür. Qəzzaya doğru Aralıq dənizində beynəlxalq sularda 60-dan çox qayıqda 39 müxtəlif ölkədən 345 fəalın olduğu bildirilir. “Sumud donanması” İsrail tərəfindən saxlananlar arasında 18 türk fəalın olduğunu da açıqlayıb.

Qəzzaya İsrail blokadasını qırmaq və həyati əhəmiyyətli humanitar yardım çatdırmaq məqsədi daşıyan Qlobal Sumud donanmasının 2026-cı il yaz missiyası 12 apreldə İspaniyanın Barselona şəhərindən yola düşüb.

İtaliyanın Siciliya adasından olanlar da daxil olmaqla 60-dan çox qayıq aprelin 26-da yenidən Aralıq dənizinə çıxıb. Lakin İsrail ordusu 29 aprel gecəsi Krit sahillərindəki beynəlxalq sulara qanunsuz müdaxilə edərək fəalları daşıyan qayıqları ələ keçirib.

Tahir TAĞIYEV

Избранный
41
baki-xeber.com

1Источники