RU

Ukrayna ordusu bu neft zavaodunu vurub 1500 kilometr uzaqda yerləşirdi

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

Ukrayna ordusu 1500 kilometr məsafədə yerləşən Rusiyanın ən böyük neft emalı zavodlarından biri olan Lukoil-Permnaftoorqsintezi dronlarla vurub.

 Bu barədə SBU mətbuat xidməti məlumat verib. 

"Pilotsuz uçuş aparatları ardıcıl ikinci gündür ki, Perm yaxınlığındakı Rusiya neft infrastrukturuna uğurla zərbələr endirib. Bu gün Ukraynadan 1500 kilometrdən çox məsafədə yerləşən Lukoil-Permnaftoorqsintez Neft Emalı Zavodunda yanğın baş verir", - SBU bildirib.

Qeyd olunur ki, bu, ildə təxminən 13 milyon ton istehsal gücünə malik və həm mülki sektora, həm də Rusiya ordusuna yanacaq tədarük edən Rusiyanın ən böyük neft emalı zavodlarından biridir.

İlkin məlumata görə, ilkin neft emalının əsas komponenti olan neft emalı zavodundakı AVT-4 qurğusu zədələnib. Zərbə vakuum və atmosfer distillə sütunlarını alovlandırıb. 

"AzPolirika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
33
azpolitika.info

1Источники