RU

“Vaxt uzatmağa son qoyun, danışıqlara qayıdın” - Merzdən İrana ÇAĞIRIŞ

Almaniya kansleri Fridrix Merz İranı danışıqlara qayıtmağa çağırıb.

Redaktor.az xəbər verir ki, kansler bu barədə açıqlama verib.

Məlumata görə, Merz bildirib ki, İran danışıqlar masasına qayıtmalı və prosesi uzatmaqdan imtina etməlidir. Onun sözlərinə görə, “İran vaxt qazanmaqdan əl çəkməlidir”.

Qeyd olunub ki, Almaniya tərəfi şərtlər yerinə yetiriləcəyi təqdirdə tətbiq olunan blokadanın aradan qaldırılması istiqamətində çalışır.

Bildirilib ki, Merts bu məsələdə xüsusilə ABŞ-də yerləşən tərəfdaşlarla sıx koordinasiya apardıqlarını vurğulayıb.

Aminə ŞAHSUVARQIZI

 

Избранный
27
1
redaktor.az

2Источники