Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Mabel Matiz adı ilə məşhurlaşan türkiyəli müğənni Fatih Karaca barəsində həbs tələbi irəli sürülüb.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun “Perperişan” adlı mahnısının sözlərində uyğunsuz ifadələr olduğu və yaş məhdudiyyəti qoyulmadığı üçün uşaqlara təhlükə yaratdığı iddiası ilə açılan məhkəmə işində prokuror rəyi açıqlanıb.
Məhkəmə iclasında müğənnini vəkili təmsil edib.
Prokurorun təqdim etdiyi rəyə əsasən, müğənni 6 aydan 3 ilə qədər azadlıqdan məhrum edilə bilər.
Məhkəmə tərəflərə müdafiə üçün vaxt verib və iclas təxirə salınıb.
Növbəti iclasda qərarın açıqlanacağı gözlənilir.
Gununsesi.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.