RU

Bunu etsəm, çox yaşamaram

ain.az, Axsham.az portalına istinadən məlumat verir.

"İnsanı yaşadan sevgidir. Sevgin varsa, yaşayacaqsan. Artıq 50 ildir oxuyuram. Allah mənə ömür versin, mikrofonu yerə qoysam, çox yaşamaram".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Yusif Mustafayev "İncə səhər" verilişində deyib. Sənətçi bəzi insanların ona "artıq oxuma, qoy cavanlar gəlsin" deməsinə də münasibət bildirib:

"İnsanlar deyir ki, bəsdir oxuma, qoy cavanlar gəlsin. Cavanların yerini dar etmirəm. Mən mikrofonu yerə qoyub evə qapılsam, çox yaşamaram. Allah insanı başdan qocaltmasın. Bunu deyənlərə Allah insaf versin. Ruhum cavandı". 

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
72
axsam.az

1Источники