RU

Azərbaycan ərazisi vasitəsilə Rusiyadan Ermənistana növbəti tranzit yük yola salınıb

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 30 aprel, AZƏRTAC

Azərbaycan ərazisindən tranzit keçməklə Rusiyadan Ermənistana növbəti yük tədarükü həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, 4 vaqondan ibarət, ümumi çəkisi 279 ton olan taxıl və 3 vaqondan ibarət, çəkisi 203 ton təşkil edən gübrə bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.

Yüklərin dəmir yolu vasitəsilə daşınması müəyyən olunmuş qrafikə uyğun şəkildə həyata keçirilib və tranzit prosesində bütün zəruri logistika və təhlükəsizlik tədbirləri təmin edilib.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 25 min tondan çox taxıl, 1600 tondan çox gübrə və 68 ton qarabaşaq göndərilib.

Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı da davam edir. İndiyədək Azərbaycandan Ermənistana 8500 tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.

Müxbir - Vüqar Qurbanoğlu

Fotoqraf - Orxan Kərimov

Operator - Şövqi Əzizov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
50
36
azertag.az

10Источники