RU

Qəzzada ölənlərin sayı 72 min 601 nəfərə çatıb

İsrail ordusunun Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 72 min 601 nəfərə çatıb.

Missiya.Az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saat ərzində Qəzzada xəstəxanalara 2 ölü və 8 yaralı (onlardan 1-i dağıntılar altından çıxarılıb) gətirilib.

Məlumata görə, 10 oktyabr 2025-ci ildə Qəzzada atəşkəs qüvvəyə mindikdən bəri İsrailin hücumları nəticəsində 824 nəfər həlak olub, 2316 nəfər yaralanıb və dağıntılar altından 764 nəfərin cəsədi çıxarılıb.

Qeyd olunub ki, 2023-cü ilin oktyabr ayından bəri İsrailin Qəzza zolağına hücumları nəticəsində ölənlərin ümumi sayı 72 min 601-ə çatıb, 172 min 419 nəfər yaralanıb.

Ərazidə hələ də minlərlə cəsədin dağıntılar altında qaldığı güman edilir.

İlahə Qənbərli

Missiya.Az

Избранный
19
3
missiya.az

10Источники