RU

Onkologiya Mərkəzində partlayış –Xəstə öldü, həkim ağır yaralandı

Milli Onkologiya Mərkəzinin otaqlarının birində partlayış olub.

Partlayış hadisəsi Şüa-diaqnostika şöbəsində baş verib.

Oxu.Az-ın xəbərinə görə, şöbənin birinci mərtəbəsində qeydə alınan olay zamanı həkim-radioloq Asif Nəsirli ağır bədən xəsarətləri alıb.  O, təcili olaraq xəstəxanaya hospitalizasiya edilib. Xəstə Mübariz Əliyev hadisə yerində ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar, hadisənin başvermə səbəbləri araşdırılır.

AzPost.az

Избранный
69
6
azpost.info

10Источники