RU

Bu görüntülər hər şeyi ortaya qoyur Deputat

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

Avropa siyasətində korrupsiya və lobbiçilik iddiaları yenidən gündəmə gəlib. “Minval Politika”nın yaydığı sensasiyalı video görüntülər Avropa qurumlarında erməni lobbisinin təsir imkanlarını və Avropa İttifaqının yüksək dairələrində baş vermiş korrupsiya əlaqələrini açıq şəkildə ortaya qoyur. Söhbət BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Ocampo və onun oğlu Tomas Ocamponun yer aldığı görüntülərdən gedir. Videoda onların məqsədləri, əlaqələri və bu məqsədlərə çatmaq üçün istifadə etdikləri vasitələr barədə açıq danışmaları ciddi müzakirələrə səbəb olub.Milli Məclisin deputatı Hikmət Babaoğlu Demokrat.az-a açıqlamasında deyib ki, Okamponun etirafları əslində Avropa Parlamentinin daxilində hansı proseslərin baş verdiyini göstərir:“Bu erməni lobbisinin Avropada nüfuzdan düşmüş və cinayət xarakterli fəaliyyətlərdə adı hallanan şəxslərlə necə dərin əlaqələr qurduğunu da ifşa edir. Biz daha əvvəl Avropa Parlamentinin bəzi deputatlarının Yunanıstanla bağlı məsələlərdə necə ifşa olunduğunun şahidi olduq. Rüşvət müqabilində lobbiçilik fəaliyyəti göstərən həmin parlamentarilər heç bir hüquqi və mənəvi dəyərə sadiqlik nümayiş etdirmədən, siyasət və diplomatiyanı korrupsiya şəbəkəsinin alətinə çeviriblər. İndi isə bu etiraflar göstərir ki, məsələ təkcə bəzi Avropa Parlamenti üzvlərinin, eləcə də Josep Borrell kimi şəxslərin korrupsiya sxemlərində alətə çevrilməsi ilə məhdudlaşmır. Burada eyni zamanda beynəlxalq hüquqa zidd, sivilizasiyalararası qarşıdurmanı təşviq edən və antisivilizasiya elementləri daşıyan yanaşmaların mövcudluğu da görünür. Bu isə korrupsioner şəbəkələrin hüquq anlayışını necə cinayət və rüşvət mexanizminə çevirdiyini bir daha ortaya qoyur. Bu baxımdan, Nikol Paşinyan hakimiyyətdən uzaqlaşdırmaq kimi absurd məqsəd qarşıya qoyan belə lobbi dairələrinin ciddi uğur qazanacağı inandırıcı görünmür. Lakin bütün hallarda bu etiraflar Avropa siyasətində baş verən proseslərin və bəzi siyasətçilərin fəaliyyətinin ifşa olunması baxımından mühüm əhəmiyyət daşıyır”.Leyla Turan

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
41
demokrat.az

1Источники