RU

Onları düşündürən yalnız siyasi dələduzluq yolu ilə böyük pullar qazanmaqdır

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Beynəlxalq müstəvidə Azərbaycan əleyhinə səsləndirilən bəyanatların arxasında duran real mexanizmlər artıq açıq şəkildə üzə çıxıb. Luis Ocampo və onun oğlu Tomas Ocampo, həmçinin Avropa İttifaqının yüksək vəzifəli rəsmisi Josep Borrell ilə birlikdə müəyyən dairələrlə koordinasiyalı fəaliyyət göstərərək bu prosesdə aktiv rol alıblar. Məlum olub ki, ABŞ və Avropada erməni diasporunun maliyyə dəstəyi ilə qurulan əlaqələr vasitəsilə həm siyasi təsir imkanları genişləndirilib, həm də bu mövzu üzərindən konkret maraqlar təmin olunub. Məsələ ilə bağlı deputat Elçin Mirzəbəyli Demokrat.az-a bildirib ki, Luis Okamponun oğlu Tomasla söhbətində dilə gətirdiyi faktların heç biri bizim üçün yeni deyil:"Azərbaycan torpaqlarının işğal altında olduğu zaman kəsiyində və postişğal dövründə Luis Okampo kimi dələduzların ölkəmizə qarşı həyata keçirməyə çalışdıqları, hibrid informasiya savaşının elementlərindən ibarət təxribat ssenarilərinin hansı korporativ, qruplararası və geosiyasi maraqlardan qaynaqlandığını çox yaxşı bilirik. İndiki halda Okamponun oğluna təlimatlarda yer alan faktlar isə bildiyimiz həqiqətlərin etirafı kimi qiymətləndirilə bilər. Okamponun özü kimi siyasi dələduz olan oğluna təlimatlarında nəzərə çarpan əsas məqamlardan biri “Avropa Komissiyanın Azərbaycanla bağlanmış müqavilənin ləğvinə məcbur edilməsi” istiqamətində həyata keçirilməsi planlaşdırılan növbəti təxribat ssenarisi ilə bağlıdır. Bəlli olduğu kimi,  Azərbaycanla Avropa İttifaqı arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu ilk növbədə Aİ-nin enerji təhlükəsizliyi üçün, xüsusilə də enerji resurslarına çıxışın getdikcə daha da çətinləşdiyi dövrdə həyati əhəmiyyət kəsb edir".Deputat deyib ki, Okamponun etiraflarından belə anlaşılır ki, onun Avopa Parlamentindəki siyasi dələduz ortaqları üçün Avropa İttifaqının maraqlarının, həmçinin Aİ coğrafiyasında yaşayan insanların təhlükəsizliklərinin heç bir əhəmiyyəti yoxdur:"Onları düşündürən yalnız siyasi dələduzluq yolu ilə böyük pullar qazanmaqdır. Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokurorunun siyasi əxlaqsızlığı və hüquqa zidd əməlləri, eyni zamanda dünyanın ədalət gözləməli olduğu bir beynəlxalq təsisatın nə qədər acınacaqlı durumda olduğunu da sübuta yetirir və onu da təsdiqləyir ki, beynəlxalq hüququn norma və prinsiplərinin əhəmiyyətsiz söz yığınağına çevrilməsində Okampo, Borrel və digər bu kimi siyasi dələduz və korrupsionerlərin öz korporativ maraqları naminə formalaşdırdıqları ikili standart narrativləri də rol oynayıb.Okampo və onunla eyni siyasi-hüquqi əxlaqsızlıq düşərgəsində təmsil olunan şəxslərin hazırkı məqamda Cənubi Qafqaz istiqamətində fəallıq nümayiş etdirmələrinin səbəblərindən biri də Birləşmiş Ştatların Yaxın Şərqdəki qarşıdurmada iştirakıdır. Okampo və Borell kimi korrupsionerlər, fırıldaqçılar mövcud şəraitdən faydalanmağa, Vaşinqtonda paraflanmış sazişdən və imzalanan bəyanatdan qaynaqlanan prosesə zərbə vurmağa və bunu Brüssellə Vaşinqton arasında yaranmış ziddiyyətlərin tərkib hissəsi kimi həyata keçirdikləri görüntüsü ilə təqdim etməyə çalışırlar.Okampo kimi dələduzların fəallaşmalarının əsas səbəblərindən biri də son dövrlərdə Avropa İttifaqına üzv olan və Azərbaycanın əhəmiyyətini çox yaxşı anlayan ölkələrin liderlərinin Azərbaycanda davamlı səfərləri, Avropa İttifaqı-Azərbaycan-Mərkəzi Asiya xəttində rəsmi Bakının önəmini vurğulayan məqamların getdikcə daha ön plana çıxmasıdır. Məlumdur ki, vaxtilə təzyiq dili ilə maraqlarını təmin etməyə çalışan, Cənubi Qafqaz və Mərkəzi Asiya istiqamətində rüsvayçı uğursuzluğa düçar olan, Jan-Pyer Jönenin məşhur “Uğursuzlar” filminin personajlarının siyasi prototiplərini Aİ-nin Cənubi Qafqaz və Mərkəzi Asiya istiqamətində daha realist siyasət yürüdən liderlərinin əldə etdikləri nəticələr qane etmir və Avropa İttifaqı çərçivəsində yerlə bir olmuş nüfuzlarını bərpa etmək üçün ən müxtəlif təxribatlara əl atmaq istəyirlər.Başqa bir mühüm məqam Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin getdikcı daha intensiv şəkildə irəliləməsi və yaranmış vəziyyətin uzun illər boyu Cənubi Qafqazdakı münaqişə vəziyyətindən öz maraqları uçün faydalanan Okampo və Borell kimi siyasi dələduzların qazanc yerindən məhrum olmasıdır. Bu baxımdan, Okamponun oğlu ilə söhbətində etiraf etdiyi faktlardan, daha çox Aİ-nin maraqlarını düşünən siyasətşilərin nəticə çıxarmalı olduqlarının vacibliyini düşünürəm", - deyə deputat qeyd edib. Əfsanə Kamal

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
51
demokrat.az

1Источники