RU

Dövlət müşahidəçi qalmadı” deputat sərəncamın arxasındakı əsas mesajı AÇIQLADI

Redaktor.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncamla bağlı fikirlərini Redaktor.az-la bölüşən deputat Razi Nurullayev qeyd etdi ki, bunu daha geniş kontekstdə qiymətləndirəndə aydın görünür ki, söhbət təkcə təbii fəlakətin nəticələrinin aradan qaldırılmasından yox, dövlətin sosial məsuliyyətinin praktik ifadəsindən gedir.

"Mart-aprel aylarında baş verən güclü leysanlar və sel hadisələri ölkənin bir çox bölgəsində ciddi dağıntılara səbəb oldu, yollar, körpülər, kommunikasiya xətləri zərər gördü, yaşayış evləri yararsız vəziyyətə düşdü və insanların gündəlik həyatı pozuldu. Ayrılan 85 milyon manat vəsait bu baxımdan çox vacib və vaxtında atılmış addımdır. Bu vəsaitin əsas istiqamətlərindən biri məhz vətəndaşların yaşayış evlərinə dəyən ziyanın aradan qaldırılmasıdır. Yəni insanlar təkcə infrastrukturun bərpasını gözləməyəcək, eyni zamanda öz evlərinin təmiri və ya yenidən qurulması üçün də real dövlət dəstəyi alacaqlar. Bu, sosial ədalət baxımından xüsusilə önəmlidir və birbaşa insanların rifahına yönəlmiş addımdır. Bu sərəncam həm də onu göstərir ki, fövqəladə hallarda dövlət yalnız müşahidəçi mövqedə qalmır, operativ qərarlar qəbul edir və konkret maliyyə resursları ilə vəziyyətə müdaxilə edir. Bu cür yanaşma vətəndaşların dövlətə inamını gücləndirir və sosial sabitliyin qorunmasına xidmət edir. Hesab edirəm ki, vəsaitin şəffaf və məqsədyönlü istifadəsi təmin olunarsa, yaxın dövrdə zərər çəkmiş ərazilərdə həm infrastruktur, həm də yaşayış şəraiti tam bərpa olunacaq və insanlar bu çətin mərhələni daha az itki ilə geridə qoyacaqlar", - deyə millət vəkili yekunlaşdırdı.

NURİYYƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
28
1
redaktor.az

2Источники