RU

ABŞ nin xüsusi elçisinin Qrenlandiyaya səfər planları açıqlanıb

ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

ABŞ-nin Qrenlandiya üzrə xüsusi elçisi Jeff Landry tezliklə adaya ilk səfərini edəcək.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Məlumatda deyilir ki, “Vaşinqton və Kopenhagen arasında davam edən gərginlik fonunda Landry gələn ay Qrenlandiyaya ilk səfərini etməyi planlaşdırır”.

Jurnalistlər bildirirlər ki, xüsusi elçi 19-20 may tarixlərində Nuukda keçiriləcək “Qrenlandiyanın Gələcəyi” biznes konfransında qonaq kimi iştirak edəcək.

Yerli medianın məlumatına görə, Landry tədbirdə qonaq kimi iştirak edəcək, onun çıxışı rəsmi konfrans proqramına daxil edilməyib.

Bloomberg həmçinin qeyd edir ki, Landry-nin Qrenlandiya liderləri ilə ayrıca görüşlər planlaşdırıb-planlaşdırmadığı bəlli deyil.

Maqsud

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
42
icma.az

1Источники