RU

Ağ, yoxsa tam taxıl çörəyi: Hansı daha faydalıdır?

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

Çörək seçimi gündəlik qidalanmanın keyfiyyətinə ciddi təsir göstərir. Tam taxıllı çörək daha faydalı hesab olunsa da, onunla ağ çörək arasındakı fərq hər zaman açıq görünmür. Demokrat.az xəbər verir ki, bu barədə “Prevention” nəşrinə diplomlu diyetoloq, elmlər magistri Loren Manaker danışıb.Onun sözlərinə görə, ağ çörək təmizlənmiş undan hazırlanır və bu zaman taxılın kəpəyi və rüşeymi çıxarılır. Bu, məhsula yumşaqlıq verir, lakin lifin və bəzi vitamin-mineralların itirilməsinə səbəb olur. Bəzən o, əlavə olaraq zənginləşdirilsə də, qida dəyərinə görə yenə də tam taxıllı çörəkdən geri qalır. Bununla belə, ağ çörək daha asan həzm olunur və mədə-bağırsaq sistemi həssas olan insanlar və ya xəstəlikdən sonra bərpa dövründə olanlar üçün uyğun ola bilər. Həmçinin tərkibinə əlavə olunan fol turşusu səbəbilə hamilə qadınlar üçün faydalı ola bilər və tez enerji mənbəyi kimi çıxış edir.Lakin ağ çörəyin tez-tez istifadəsi ürək üçün müəyyən risklərlə əlaqələndirilir, baxmayaraq ki, bu istiqamətdə əlavə tədqiqatlara ehtiyac var. Orta hesabla bir dilim ağ çörəkdə təxminən 79 kilokalori, 15 qram karbohidrat və 1 qramdan az lif olur.Tam taxıllı çörək isə bütün taxıl hissələrini saxlayan undan hazırlanır. O, həzm prosesini yaxşılaşdıran, uzunmüddətli toxluq hissi yaradan və qan şəkərini stabilləşdirən liflə zəngindir. Bu cür çörək həmçinin xolesterini azalda və ürək sağlamlığını dəstəkləyə bilər. Araşdırmalar göstərir ki, tam taxılların müntəzəm qəbulu 2-ci tip diabet, insult və bəzi xərçəng növləri riskini azaldır.Bundan əlavə, tərkibində daha çox maqnezium, sink və E vitamini var. Lakin diqqət edilməlidir ki, hər “buğda çörəyi” həqiqi tam taxıllı deyil, buna görə “100% tam taxıl” qeyd olunan məhsullara üstünlük verilməlidir. Belə çörəyin bir dilimində təxminən 69 kilokalori, daha çox protein və ağ çörəyə nisbətən xeyli yüksək lif miqdarı olur.Çörəyi hər gün yemək mümkündürmü? Bəli, əgər bu tam taxıllı məhsuldursa və qlütenə qarşı dözümsüzlük yoxdursa. O, balanslı qidalanmanın bir hissəsi ola bilər, lakin qida rasionunda müxtəliflik vacibdir: yalnız çörəyə əsaslanmaq olmaz. Həmçinin bəzi çörəklərin tərkibində əlavə şəkər ola biləcəyinə görə etiketlərə diqqət yetirilməlidir.Jalə

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
68
demokrat.az

1Источники