RU

Tramp Hormuz boğazının öz şərəfinə adlandırıldığı şəkli paylaşıb

Donald Tramp sosial şəbəkədə strateji əhəmiyyətli su yolunun adının dəyişdirilməsi ilə bağlı təsviri yayıb və bu paylaşım müzakirələrə səbəb olub...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə öz şərəfinə adlandırılmış Hormuz boğazının təsvir olunduğu şəkli repost edib. “Tramp boğazı” yazısı ilə verilən xəritədə dünyanın ən mühüm neft daşıma marşrutlarından biri olan Hormuz boğazının adı dəyişdirilib.

Trampın bu addımı İranla gərginliyin artdığı bir vaxta təsadüf edir. Qeyd edək ki, bir gün əvvəl İran rəsmiləri ABŞ-ın dəniz blokadası davam edərsə, praktiki və misli görünməmiş hərbi tədbirlər görəcəklərini bəyan etmişdilər.

Hormuz boğazı strateji baxımdan son dərəcə əhəmiyyətli su yoludur. Dünya neft ixracının təxminən 20 faizi məhz bu boğazdan daşınır. Trampın bu hərəkəti sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İstifadəçilərin bir qismi bunu zarafat kimi qarşılasa da, digərləri bunun İrana qarşı psixoloji təzyiq elementi olduğunu düşünür.

Hələlik İran tərəfindən şəklin yayımlanması ilə bağlı rəsmi reaksiya verilməyib.

Poliqon.info

Избранный
48
poliqon.info

1Источники