RU

İnsanlar ən çox nədən qorxur?

Bəzən insan ən çox qorxduğu vəziyyətlərlə üz-üzə qalır.

İlk baxışda bu təsadüf kimi görünsə də, bir çox hallarda insanın qorxuları onun davranışlarına təsir edərək bu nəticəni yaradır.

Məsələn, tərk edilməkdən qorxan insan sevdiyi adamı itirmək istəmədiyi üçün onu daim yoxlaya, hər addımına qarışa və həddindən artıq qısqanc davrana bilər. Bu isə zamanla münasibətdə gərginlik yarada və qarşı tərəfi uzaqlaşdıra bilər.

İnsan niyə bəzən ən çox qorxduğu şeyləri özü həyatına çəkir?

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında psixoloq Gülnar Ağayeva bildirib ki, İnsan bəzən ən çox qorxduğu şeylərlə elə öz davranışları nəticəsində qarşılaşır:

“İlk növbədə qeyd etmək lazımdır ki, qorxu insan beynində “təhlükə siqnalı” kimi işləyir. İnsan bir şeydən güclü şəkildə qorxduqda, beyin həmin mövzunu daim izləməyə başlayır. Buna psixologiyada diqqətin selektivləşməsi deyilir.

Yəni insan hər şeyi deyil, daha çox qorxduğu şeyi görür, eşidir və hiss edir. Bu da onun dünyanı qavrama tərzini dəyişir. Bu mərhələdən sonra davranış dəyişiklikləri başlayır. Məsələn, uğursuzluq qorxusunda, zamanla öz qorxusu ilə üzləşir.

İnsan səhv etməkdən qorxduqda riskdən qaçır, yeni addımlar atmır, qərar verməyi gecikdirir. Bu isə inkişafı ləngidir və imkanların itirilməsinə səbəb olur. Nəticədə insan istədiyi nəticəni əldə etmədiyi üçün uğursuzluq yaşadığını düşünür.

O qeyd edib ki, psixologiyada bu proses “özünü doğruldan proqnoz” adlanır:

“Yəniinsanın bir nəticə haqqında inancı onun davranışlarını dəyişir, davranışlar isə real həyatda həmin nəticənin yaranmasına şərait yaradır. Yəni insan düşündüyü şeyi birbaşa yaratmır, amma düşüncələri onun hərəkətlərini formalaşdırır, hərəkətlər isə nəticəni müəyyən edir.

Burada başqa vacib bir amil də keçmiş təcrübələrdir. İnsan əvvəlki münasibətlərdə, uşaqlıq dövründə və ya həyatda yaşadığı mənfi hadisələri yadda saxlayır. Beyin bu təcrübələri öyrənilmiş təhlükə modeli kimi saxlayır. 

Oxşar vəziyyətlə qarşılaşdıqda isə insan şüuraltı şəkildə eyni müdafiə reaksiyalarını göstərir. Bu isə çox vaxt həddindən artıq ehtiyatlılıq və ya yanlış davranışlara səbəb olur”.

Избранный
30
1
cebheinfo.az

2Источники