İran prezidenti danışıqlar zamanı baş verənlərin etimadı tamamilə aradan qaldırdığını bildirib...
Poliqon xəbər verir ki, Məsud Pezeşkian ABŞ-ni danışıqlar prosesində atılan addımların İranla münasibətlərdə etimadın tamamilə sarsılmasına səbəb olmaqda ittiham edib. O bildirib ki, danışıqlar zamanı təkrarlanan “hücum xarakterli bəyanatlar və hərəkətlər” tərəflər arasında inamı aradan qaldırıb.
İran prezidenti qeyd edib ki, bu vəziyyət nəticəsində Tehranın ABŞ-yə etimadı tamamilə itib. Onun sözlərinə görə, ABŞ rəsmiləri gərginliyi artıran ritorika və davranışlardan çəkinməlidirlər.
Pezeşkian həmçinin vurğulayıb ki, İran digər ölkələrlə qarşılıqlı hörmət prinsipləri əsasında əməkdaşlığın genişləndirilməsinə üstünlük verir. O əlavə edib ki, beynəlxalq münasibətlər yalnız qarşılıqlı etimad və hörmət mühitində inkişaf edə bilər.
Analitiklər bildirirlər ki, tərəflər arasında artan siyasi ritorika diplomatik proseslərin gələcəyini daha da mürəkkəbləşdirir və regionda gərginliyin davam etməsinə şərait yaradır.
Poliqon.info