RU

XTQ-nin şəhid mənsublarının xatirələri yad olunub

Yazını böyüt
Yazını kiçilt

Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) yaradılmasının 27-ci ildönümü münasibətilə həmin qoşun növündə xidmət etmiş şəhidlərin anım mərasimi keçirilib.

Hafta.az xəbər verir ki, Hərbi Memorial Məzarlıqda keçirilən mərasim zamanı şəhid ailələri, qazilər, veteranlar iştirak ediblər.

Qəhrəman oğullarımızın məzarları ziyarət edilib, ruhlarına dualar oxunub, əziz xatirələri dərin ehtiramla yad olunub. Onların ərazi bütövlüyümüz və suverenliyimizin bərpası naminə göstərdikləri misilsiz şücaətdən geniş bəhs edilib. Xüsusilə vurğulanıb ki, 30 ilə yaxın davam edən Vətən həsrətinə Azərbaycan Ordusunun mənsublarının böyük igidlik nümayiş etdirərək qazandığı şanlı Qələbə sayəsində son qoyulub. Hazırda keçmiş məcburi köçkünlər öz dogma yurd-yuvalarına geri dönürlər. O torpaqlardan yenidən doğma səslər gəlir, həyat bərpa olunur. Azad olunmuş torpaqlara qayıdış həmin amal uğrunda canından keçən qəhrəmanların ruhunu şad edir. Çıxış edənlər Vətən övladlarının döyüş yolunun gənc nəsil üçün örnək olduğunu bildirib, onların xatirəsinin daim yaşadılacağını vurğulayıb və ruhları qarşısında ehtiramlarını ifadə ediblər.

Sonda ehsan mərasimi təşkil olunub.

Избранный
41
1
hafta.az

2Источники